AZ

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Bakı. Trend:

Bakıda ən bahalı torpaq sahələri qeyri-yaşayış obyektlərinintikintisi üçün yararlı olan torpaq sahələridir.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevdeyib.

O qeyd edib ki, torpaq sahələri də tükənəndir və Bakıda tikintiüçün yararlı torpaq sahələri, demək olar ki, yoxdur.

“Bu baxımdan, tələbat artır və qiymət artımı yüksəlir. Ən bahalıtorpaq sahələri şəhərin mərkəzi ərazilərindədir, daha çoxqeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı, mərkəz yollarınkənarında yerləşən torpaq sahələridir.

Bu cür torpaq sahələrinin bir sotunun qiyməti 300-500 min manatarası dəyişir. O ərazilərdə obyektlər inşa ediləndə bir kvadratmetrinin qiyməti 20 min manatdan baha təklif olunur”, - deyə oəlavə edib.

E.Fərzəliyev vurğulayıb ki, hazırda həyət evlərinin dəqiymətində artım müşahidə olunur.

“Həyət evlərinə tələbat olduğu üçün qiymət artımına gətiribçıxarır. Bu da mövsümi xarakter daşıyır və hər il bu hal müşahidəolunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymətartımı da olacaq”, - deyə qeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
17
az.trend.az

10Mənbələr