AZ

ATU əməkdaşları I İzmir Uşaq Beynəlxalq Konqresində iştirak ediblər

Türkiyənin İzmir şəhərində I İzmir Uşaq Beynəlxalq Konqresi keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görı, Doktor Behçet Uz Uşaq Xəstəlikləri və Cərrahiyyə Tədris və Araşdırma Xəstəxanasının baş həkimi, konqresin sədri, professor Behzat Ozkan açılış nitqində bildirib ki, 8500 illik tarixi ilə çox güclü bir miras daşıyan İzmir şəhəri tarixi boyu Het, İon, Lidiya, Fars, Ellin, Roma, Bizans, Aydınoğullar və daha sonralar Osmanlı sivilizasiyalarına şahidlik edib.

 

“Bu sivilizasiyaların mədəni toplanması nəticəsində multikultural quruluşa yiyələnən İzmir elmin, sənətin və sivilizasiyanın beşiyi, müasir tibbin inkişaf etdiyi şəhər və həkim Qalenin doğulduğu yerdir. Biz bu böyük və gözəl irsi bilərək, İzmirin uşaq sağlamlığı və xəstəlikləri sahəsində mütəxəssis hazırlığı həyata keçirən bütün uşaq təhsili müəssisələri ilə bir araya gəldik və “Birlik gücdür” prinsipini birgə təşkilatçılıq yolu ilə həyata keçirməyə qərar verdik”, – professor Behzat Ozkan əlavə edib.

 

Onun sözlərinə görə, İzmir Tibb Elmləri Universitetinin Tibb fakültəsinə bağlı olan, “Uşaq sağlamlığı və süni intellekt” şüarı altında Behçet Uz Uşaq Xəstəxanasında keçirilən ilk konqres beynəlxalq xarakter daşıyır. Tədbirə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan nümayəndələri, eləcə də YTB və TİKA təşkilatlarının təmsilçiləri qatılıb.

 

Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının  müdiri, professor Aytən Məmmədbəyli, kafedranın dissertantı İlahə Hacıyeva və I kurs uşaq nevrologiya və tibbi genetika ixtisası rezidentləri Nərmin Xudaverdiyeva və Aysel Namazova, II Uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Terapevtik Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin müdiri Qoşqar İsmayılov, həkim-rezident Şəhanə Qasımova Behçet Uz Uşaq Xəstəxanasının baş həkimi Behzat Ozkan və İzmir Tibb Elmləri Universitetinin rektoru, professor Kemalettin Aydının dəvəti əsasında tədbirdə iştirak ediblər.

 

Universitetin təmsilçiləri konqres çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın pediatriya və uşaq nevrologiyası üzrə aparıcı mütəxəssisləri ilə aktual problemlərə dair müştərək layihələrin müzakirəsini aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
aztibb.az

1Mənbələr