AZ

Azərbaycan və Belarus standartlaşdırma sahəsində əməkdaşlığı müzakirə edib

"Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd etdik".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Azərbaycanda həyata keçirilən antiinhisar yönümlü islahatlar barədə məlumat verdik, həmçinin ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik", - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
operativmedia.az

6Mənbələr