AZ

Dünya dağılır, Blinken isə mahnı oxumağındadır - Tramp

ABŞ dövlət katibi Antoni Blinken pis iş görür, dünya parça-parça olarkən o, Kiyevdəki klubda mahnı oxuyur.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

O bildirib: “Bizə lazım olan bu deyil. Bu, mərkəzi televiziya üçün kastinq deyil. Baxın, o, çox pis iş görüb. Dünya parçalanır”.

Washington Post qəzeti yazır ki, Blinken Kiyev musiqi klublarından birinə gəlib və orada yerli qruplardan biri ilə səhnədə çıxış edib. Dövlət katibi musiqiçilərlə birlikdə gitarada Yanqın 1989-cu ildə "Rockin' in the Free World" mahnısını ifa edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
yenisabah.az

1Mənbələr