AZ

Rusiyada qalan Qərb şirkətləri 14 milyard dollar gəlir götürüb

Yazını böyüt
Yazını kiçilt

Rusiyada fəaliyyət göstərən 100 ən böyük Qərb şirkəti 2023-cü ildə mənfəətlərini 40 faiz artıraraq 1,3 trilyon rubla (14,2 milyard dollar) çatdırıb. Bu məbləğin 1,1 trilyon rublu ilk 20 şirkətə aiddir.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, ən çox gəlir götürən şirkətlər 250 milyard rublla Britaniyanın enerji nəhəngi BP, 234 milyard rublla Fransanın “TotalEnergies” enerji şirkəti və 125,4 milyard rublla Avstriyanın “Raiffeisen” bankı olub.

BP Rusiyanın “Rosneft” neft şirkətinin səhmlərinin 19,75 faizinə sahibdir. Şirkət bu səhmləri satmaq istədiyini açıqlayıb. “TotalEnergies” həmçinin Yamal SPG və Arctic SPG 2 kimi mayeləşdirilmiş təbii qaz layihələrində də paya malikdir.

2023-cü ildə mənfəətini ən çox artıran şirkət 200 dəfə ilə Macarıstana məxsus “OTR-bank”dır. Rusiyada qazanc götürməyə davam edən bəzi digər Qərb şirkətləri “Philip Morris”, JTI, Mitsu, Cargill və ING-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
hafta.az

1Mənbələr