AZ

Üç ayda 3 min ton çay istehsal olunub

Cari ilin birinci rübündə Azərbaycanda 2 min 931 ton miqdarında çay istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 372 ton və ya 14,5 faiz çoxdur. 2023-cü ilin yanvar mart aylarında Azərbaycanın çay istehsalının miqdarı 2 min 559 ton olub.

Bundan başqa, bu ilin aprelin 1-i vəziyyətinə ölkədə hazır çay ehtiyatının miqdarı 84,7 tondur ki, bu da illik müqayisədə 15,8 ton, yaxud da 22,9 faiz çoxdur. Ötən ilin eyni dövründə çay ehtiyatının miqdarı 68,9 ton olub.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
valyuta.az

1Mənbələr