AZ

Yaponiyada hemolitik streptokoklara yoluxanların sayı rekord səviyyədə artır

Yaponiyanın səlahiyyətli orqanları nekroz və ölümlə nəticələnə bilən hemolitik streptokok infeksiyalarının rekord sayını qeyd edirlər.

Aztibb.az bu barədə “Handynews” portalına istinadən məlumat verir.

Milli Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, ilin əvvəlindən Yaponiyada 800-dən çox yoluxma halı aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,76 dəfə çoxdur. Ümumilikdə 2023-cü ildə 941 nəfərdə hemolitik streptokok aşkar edilib.

Xəstəlik nisbətlərinin artmasının dəqiq səbəbləri məlum deyil, lakin ekspertlər qeyd ediblər ki, COVID-19 məhdudiyyətlərinin yumşaldılmasından sonra eyni tip bakteriyaların törətdiyi faringitlərin sayı artıb.

Alimlər inanırlar ki, infeksiya yaralar vasitəsilə baş verə bilər. Ona görə də vətəndaşlardan xəsarətlər zamanı əllərin dezinfeksiya edilməsini unutmamağa çağırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
aztibb.az

1Mənbələr