AZ

Slovakiya baş nazirinin həyatı təhlükə altındadır

Sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fiçonun həyatı üçün təhlükə hələ də təhlükə qalmaqdadır. News365.az xəbər verir ki, bu barədə Slovakiyanın "Markiza" telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Telekanal baş nazirin müalicə aldığı xəstəxanadakı mənbəyə istinadən xəbər verir ki, "Slovakiya rəhbəri bir neçə saat davam edən mürəkkəb əməliyyatdan sonra hələ də həyatı təhlükə altındadır".

Xatırladaq ki, dünən Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub. Məlumata görə, Robert Fitso atışma zamanı yaralanıb. Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
news365.az

1Mənbələr