AZ

Şişkinliyə səbəb olan ƏRZAQLAR

"İsti dövrdə sağlam insanda şişkinliyin yaranmasının əsas səbəbi mühüm göstəricilərdən biri su-duz mübadiləsinin homeostazının pozulmasıdır".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu mütəxəssis Aleksandr Sozıkin deyib.

O bildirib ki, tərkibində yüksək duz olan bir sıra qidalar və mayelər, tərkibində qida əlavələri, konservantlar və dad artırıcılar olan məhsullar, sağlam insanlarda şişkinlik əmələ gətirə bilər:

"Bu qidalar ilk növbədə kolbasa, pendir, kraker, ət və balıq konservləri, souslar, o cümlədən çipslər, qəlyanaltılar və digər bu kimi fastfudlardır. Bundan əlavə, şişkinlik yüksək miqdarda karbohidrat ehtiva edən qidalardan qaynaqlana bilər: quru meyvələr, peçenye, tortlar, xəmir və hər hansı bişmiş məhsullar". 

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
redaktor.az

1Mənbələr