AZ

"Dünya parçalanarkən o, klubda mahnı oxuyur" - Tramp

"ABŞ dövlət katibi Antoni Blinken dünya parçalanarkən Kiyev klubunda mahnı ifa edir". 

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib. 

"Bizə lazım olan bu deyil. Bu, mərkəzi televiziya üçün kastinq deyil. Baxın, o, çox pis iş görüb. Dünya parçalanır, o isə sadəcə oxuyur", eks-prezident ifadə edib. 

Qeyd edək ki,  bir neçə gün əvvəl Blinken Kiyev musiqi klublarından birində  olub və orada yerli qruplardan biri ilə səhnədə çıxış edib. ABŞ dövlət katibi musiqiçilərlə birlikdə gitarada Yanqın 1989-cu ildə "Rockin' in the Free World" mahnısını ifa edib.

Gülayə Mecid  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
10
unikal.az

10Mənbələr