AZ

Qəzzada İsrail ordusunun daha 5 hərbçisi ölüb

Qəzza sektorunun şimalındakı Cəbəliyə bölgəsində 5 İsrail əsgəri həlak olub.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-nin ilkin təhqiqatına əsasən, Cəbəliyə düşərgəsində tank axşam saat 19:00 radələrində hərbçilərin toplaşdıqları binaya səhvən iki mərmi atıb. İnsident nəticəsində 5 İsrail hərbçisi həlak olub, 3-ü ağır olmaqla 7 hərbçi yaralanıb. Əsgərlərin hamısı Paraşütçülər Briqadasının 202-ci Batalyonunda xidmət edib.

Qeyd olunub ki, tank qüvvələri binanın pəncərələrindən birindən tapança lüləsini müəyyən etdikdən sonra bunun düşmən qüvvələri olduğunu zənn edərək binaya atəş açıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
6
apa.az

7Mənbələr