AZ

Xaçmazda 360 yerlik yeni məktəb binası inşa olunub

Xaçmazda

Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Palçıqoba kəndində inşa olunan 360 şagird yerlik, ikimərtəbəli məktəb binasında son tamamlama işləri görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Palçıqoba kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə 2023-cü ilin mart ayından başlanılıb.

Palçıqoba kəndindəki köhnə məktəbin binasında 2020-ci ilin iyul ayında yanğın baş verdiyi üçün yeni müasir məktəb binası inşa olunub.

Üç korpusdan ibarət yeni məktəb binasında son tamamlama və tərtibat işləri aparılır, məktəbin həyəti abadlaşdırılır. Müasir məktəb binasında sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.

Palçıqoba kənd tam orta məktəbinin yeni binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
azertag.az

4Mənbələr