AZ

“Ən yaxşı təqdimat”larda Ulu öndər sevgisi

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafat­landırılıb. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin üzvləri, elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmilər iştirak ediblər. 

Müsabiqə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsini, şərəfli həyat və fəa­liyyətini gənc nəslin hərtərəfli öyrənməsi məqsədilə həyata keçirilib. Respublika səviyyəsində təşkil olunan müsabiqəyə bütün regionlardan 2 min 944 şagird qa­tılıb. Hər bir rayon və şəhərdən müəy­yən olunmuş kvotaya əsasən, 90 şagird ölkə turuna seçilib. Bu mərhələdə iştirak hüququ qazanmış şagirdlər 10 mövzu­dan 1-i üzrə sınağa çəkiliblər və 34 nəfər qalib elan olunub. Onlardan 7 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

Baş nazirin müavini Əli Əhmədov bö­yük ənənəyə malik müsabiqənin 20 ildən bəri uğurla keçirildiyini söylədi. Elm və təhsil naziri Emin Əmrullayev müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev irsinin məktəblilər arasın­da geniş təbliği baxımından müsabiqə­nin əhəmiyyətini qeyd etdi. Nazir sonra qalibləri, onların müəllim və valideynlərini təbrik etdi. 

Yeni Azərbaycan Partiyası (YAP) Səd­rinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ulu öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə önəm verdiyini dedi. Bildirdi ki, vaxtilə gənclərin dünyanın qabaqcıl universitetlərində təh­sil almaları baxımından ölkəmizdə böyük işlər görülüb. Bu gün də həmin ənənə ya­şadılır.

Elm və Təhsil Nazirliyi yanında Mək­təbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “XQ”-yə açıqlamasında dedi ki, bu müsabiqə ölkəmiz üçün böyük hadisədir, şagirdlərin hazırlanması, inkişafı baxımdan mühüm önəm daşıyır. 

Mərsimdə ulu öndər Heydər Əliyev haqqında videoçarx nümayiş etdirildi. Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimna­ziyası şagirdlərinin və 2 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirildi, rəqslər nümayiş etdirildi. 

Biz qaliblərlə də söhbət etdik. Şa­maxıdan Əminə Şirəliyeva, Sumqayıtdan Hüseyn Abbaszadə, Naxçıvandan Fidan Babayeva müsabiqədə uğurlu iştirakla­rından qürur duyduqlarını bildirdilər və onlara yaradılan şəraitə görə təşəkkürlə­rini bildirdilər. 

Rizvan FİKRƏTOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
xalqqazeti.az

1Mənbələr