AZ

Yeni Zelandiya yeni anti-Rusiya sanksiyalar paketi elan edib

Yeni

Yeni Zelandiya 28 vətəndaş və 14 müəssisəyə məhdudiyyətlər daxil olmaqla yeni anti-Rusiya sanksiyalar paketi elan edib.

Xarici işlər naziri Uinston Pitersin bəyanatı hökumət tərəfindən yayılıb.

Petersin sözlərinə görə, qadağanedici tədbirlər Ukraynada xüsusi hərbi əməliyyata strateji dəstək verdiyi iddia edilən biznes və vətəndaşlara təsir edib.

Yeni Zelandiya hökumətinin sözlərinə görə, “yeni sanksiyalar paketinin hədəfi” “KXDR-dən Ukraynaya qarşı sonrakı istifadə üçün silahların Rusiyaya ötürülməsində” iştirak etdiyi iddia edilən fiziki və hüquqi şəxslər, habelə İran vətəndaşları və şirkətləri olub.

Nazirin qeyd etdiyi kimi, yeni sanksiyalar siyahısına Rusiya hakimiyyəti tərəfindən həyata keçirildiyi iddia edilən “Ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsi” ilə əlaqəli olanlar da var. Bu günə qədər Yeni Zelandiya Rusiya müəssisələrinə və vətəndaşlarına qarşı 35 dəfə sanksiya tətbiq edib. Onun sanksiya siyahısına 1,5 mindən çox rusiyalı, o cümlədən Rusiya prezidenti Vladimir Putin, hökumət üzvləri, Rusiya Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Duması və Federasiya Şurasının deputatları, Donbass və Novorossiya qubernatorları və rəhbərləri, habelə iş adamları daxildir.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
9
xalqcebhesi.az

9Mənbələr