AZ

Psixoloqdan tövsiyə: Bu, intiharın qarşısını ala bilər

Psixoloq Ülviyyə Muxtarova depressiya, təşviş pozuntusu, narahatlıq və paranoid simptomlarını azaltmaq barədə fikirlərini bölüşüb. Tribunainfo.az bildirir ki, psixoloq qeydlərini publik paylaşıb. “Həmçinin emosiya və refleksləri nəzarətə kömək edir. Ailə həyatındakı stressi azaltmağa və psixoterapiya vasitəsilə insanlararası münasibətlər və stressə nəzarətin artmasına yardımçı olur.
Psixoloji konsultasiya: qısamüddətli terapiya, ani krizləri dayandırmaq üçün tətbiq olunur.

Psixodinamik terapiya, erkən travmatik təcrübələr və öyrənilmiş davranış qəliblərinin bugünkü münasibətlərdə təkrarlanması arasında əlaqə qurulması ilə maraqlanır. CBT və onun növlərindən biri olan Dialektik Davranış Terapiyası düşüncənin mənfi qəliblərini dəyişdirmək və yeni davranışlarla mübarizə aparma bacarıqları qazanmaq üçün faydalıdır.

Qrup terapiyası: bu terapiya, yeni interpersonal davranış bacarıqları qazanmağa və bunları yoxlamağa kömək edir. Problem yaradan sosiai xususiyyət və davranışlara aid fərqindəlik qazanılmasını hədəfləyir.

Qısa müddətli stasionar müalicə: bu terapiya üsulu intihar krizlərini və ya özünə zərər vermə atakları zamanı pasiyentin təhlükəsizliyini təmin etmək üçün lazım ola bilər”.

Roman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
tribunainfo.az

1Mənbələr