AZ

Kollecdə maraqlı konsert

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun əsərlərindən ibarət konsert proqramı təşkil olunub.

Konsertdən əvvəl kollecin şöbə mü­diri Sevinc Seyidova Cəlal Abbasovun Azərbaycan musiqi mədəniyyətinin tərəqqisində xidmətlərindən danışıb. Bil­dirib ki, müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Cəlal Abbasovun müxtəlif janrlarda yazdığı böyük mənəvi və əxlaqi keyfiyyət qaza­nan əsərləri nəinki ölkəmizdə, həmçinin onun hüdudlarından kənarda – ABŞ, Al­maniya, Avstriya, Fransa və s. ölkələr­də səslənərək dinləyici rəğbəti qazanıb. Görkəmli Azərbaycan bəstəkarı və mu­siqi xadimi Əşrəf Abbasovun oğludur. Simfoniya və kantataları, simli orkestr, orqan, fortepiano, timpani (zərb aləti) və xor üçün əsərləri, “Şən Bahar” uşaq ope­rası, vokal əsərləri, aranjimanları sənət aləmində yaxşı tanınır.

Konsert proqramında Cəlal Abbasov məktəbinin yetirmələri olan gənc bəstə­karların əsərləri kollecin tələbələrinin ifa­sında səsləndirilib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
xalqqazeti.az

1Mənbələr