AZ

Türkiyənin gücü Avropanı heyrətləndirdi: təsiri bu bölgələrə qədər genişlənib

Avropa İttifaqının (Aİ) analitik mərkəzi Türkiyənin Qərbi Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə və Afrikada güclü və təsirli aktor olduğunu vurğulayıb.

Publika.az xəbər verir ki, Parisdə yerləşən Aİ Təhlükəsizlik Araşdırmaları İnstitutu Türkiyənin qlobal miqyasda yüksələn mövqeyinə diqqət çəkən “Türkiyənin dünyadakı kartları” adlı hesabat dərc edib.

Hesabatda Türkiyənin 4 bölgədə iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət və diplomatiya sahələrində güclü və təsirli olduğu vurğulanıb. Eyni zamanda, Aİ və onun üzvü olan dövlətlərə öz siyasətlərində bu vəziyyəti nəzərə almaları tövsiyə edilib.

Hesabatda Türkiyənin son 20 ildə xüsusilə bu bölgələrə sürətlə genişləndiyi və orada sıx əlaqələr qurduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
1
publika.az

2Mənbələr