AZ

"Rusiya-Çin münasibətləti heç kimə qarşı yönəlməyib"

"Rusiya-Çin

Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər fürsətçi deyil və heç kimə qarşı yönəlməyib.

Bunu Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə məhdud tərkibdə söhbəti zamanı deyib.

"Rusiya ilə Çin arasında münasibətlərin fürsətçi olmaması və heç kimə qarşı yönəlməməsi prinsipial əhəmiyyət kəsb edir", - Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya və Çin birlikdə ədalət prinsiplərini və çoxqütblü reallıqları əks etdirən demokratik və beynəlxalq hüquqa əsaslanan dünya nizamını müdafiə edirlər. “Rusiya və Çin BMT, BRİKS, ŞƏT, eləcə də G20-də uğurla qarşılıqlı fəaliyyət göstərir".

Putin ümidvar olduğunu bildirib ki, onun hazırkı səfəri ikitərəfli əməkdaşlığın bütün spektrinin inkişafına əlavə təkan verəcək. "Vurğulamaq istəyirəm: Çinə gəlməkdən və sizinlə görüşməkdən çox şadam".

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
xalqcebhesi.az

1Mənbələr