AZ

“Ölkəmiz dünyada innovasiyalar mərkəzinə çevrilib” – Əhməd əl-Xatib

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının turizm naziri Əhməd əl-Xatib bildirib ki, ölkəsi 800 milyard riala çatan sərmayələrlə bütün dünyada innovasiyalar mərkəzinə çevrilib.

Hafta.az-ın yazdığına görə, Ər-Riyadın Kral Abdullah Maliyyə Dairəsində “Böyük Gələcək” təşəbbüsü konfransının ilk iclasındakı çıxışında o, Krallığın turist lisenziyalarının verilməsi ilə bağlı 90 faizə yaxın artımın şahidi olduğunu söyləyib.

O, "Bu həyati vacib sektor ümumdaxili məhsulun 5 faizini təşkil edir" deyib.

Əl-Xatib qeyd edib ki, “Böyük Gələcək” əməkdaşlığı genişləndirmək, 13 mühüm və perspektivli sektorda investisiyaları inkişaf etdirmək şansı təqdim edir. Nazir bildirib ki, bu, həm də keyfiyyətli təcrübə mübadiləsi və perspektivli prioritet sahələrdə ən son təcrübələrin öyrənilməsi üçün mühüm forumdur. “Konfrans Britaniya şirkətləri üçün Səudiyyə Ərəbistanında əldə edilən transformasiyaya qatılmaq üçün meqa platforma rolunu oynayır. “Hədəf 2030” sayəsində Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə, xüsusən də turizmdə böyük potensialını ortaya qoyan dəyişikliklərin şahidi oldu”, - o deyib.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanı bir sıra sahələrdə qabaqcıl rolunu vurğulamaqda davam edir, “Formula 1” və “WWE” kimi idman yarışlarına ev sahibliyi etməklə öz mövqeyini gücləndirməyə çalışır. “Bu təşəbbüslər Krallığı beynəlxalq idman mərkəzinə çeviribi və bu, idman infrastrukturunu yaxşılaşdırır. Biz idman növləri üçün davamlı mühit yaratmağa çalışırıq” deyə əl-Xatib bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
hafta.az

1Mənbələr