AZ

Beynəlxalq Hipertoniya Gününə həsr edilən sağlamlıq günləri keçirilib » Medical Media


TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 14-15 may 2024-cü il tarixlərində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında "Hipertoniya ayı layihəsi" çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.

Tibbi heyət Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Nərimanov Tibb Mərkəzində fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssislərdən ibarət olub.

Tibbi müayinələr ürək-damar xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Dağlıq Şirvan tibbi ərazi bölməsinə daxil olan Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının vətəndaşları üçün təşkil edilib.

Sağlamlıq günlərinin əsas məqsədi Dağlıq Şirvan bölgəsində yaşayan əhalinin tibbi müayinəsi, hipertoniya risk qrupuna daxil olan şəxslərin ehtimal xəstəliklərinin erkən profilaktikası, eləcə də vətəndaşların hipertoniya və onun törədə biləcəyi xəstəliklər barədə maarifləndirilməsidir. 

Sağlamlıq günlərində hipertoniya risk qrupuna daxil olan 500-dən çox vətəndaş kardioloq, terapevt, endokrinoloq, uroloq, nevroloq və oftalmoloq müayinələrindən keçərək 2 200-dən çox tibbi xidmətdən yararlanıb. Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.

Risk qrupuna daxil olan, xəstəliyi yeni müəyyən edilən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
651
1
medicalmedia.az

2Mənbələr