AZ

Günlərlə içində cəsəd olan su içdiyimiz suya QARIŞIR - VİDEO

Günlərlə içində cəsəd olan su içdiyimiz suya QARIŞIR - VİDEO

Tez-tez su kanallarında boğulma halları yaşanır. Sonuncu belə faciə Abşeronda qeydə alınıb. 13 yaşlı İbrahim Samur-Abşeron kanalında düşdü və uzun müddət davam edən axtarışdan sonra meyiti tapılaraq ailəsinə təhvil verildi. Burada hər an boğulub, həyatını itirə bilər. Yaxınlıqda yaşayan uşaqlar sərinləmək və oynamaq üçün bu kanala üz tuturlar. Ancaq onlar təhlükənin fərqin belə deyillər.

Sonxeber.az xəbər verir ki, kanalın yaxınlığında yerləşən Şəfəq qəsəbəsinin sakinləri "Apa TV"yə danışıb. Onlar kanalın kənarlarının hazırlanmasını istəyirlər:

"Uşaqların oyanmağı üçün şərait yaratmayıblar. Park belə yoxdur. Hara çıxıb gəzsinlər. Onlara nəzarət etmək olmur. İnək, qoyun, insan batır. İnsan həyatı bu qədər ucuzdur? Xahiş edirik oraya bir hasar çəksinlər".

Kanalın ətrafı açıq olduğundan heyvandarlıqla məşğul olan şəxslərin heyvanları bu kanala düşür. Dəhşətli fakt isə odur ki, bu kanal Ceyranbatan su anbarına tökülür. Günlərlə heyvan və insan ölüsü qalan bu su, bizim içdiyimiz suya qovuşur.

"Kanal nə qədər insanın canını alıb. İnsan ora düşür və həyatını itirir. O meyitlər orada aylar və günlər ilə qalır. Yaxınlıq ərazidə kifayət qədər fermalar var".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
sonxeber.az

1Mənbələr