AZ

"Azərişıq" yolu qazıb sürücüləri təhlükəyə atdı: "Heç bir nişan yoxdur..." - VİDEO

Bakıda yol nişanları quraşdırılmadan qazılan yol sürücülərə çətin anlar yaşadıb. Bu barədə oxuculardan biri qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, paytaxtın Hüseyn Cavid prospektində (Elmlər Akademiyası metrostansiyasının qarşısında) Azərişıq Açıq Səhmdar Cəmiyyəti yolun hərəkət hissəsini qazıb, lakin yola nə müvafiq nişanlar, nə də ki, təhlükəsizliyi təmin edən texniki qurğular yerləşdirib. Bu səbəbdən sürücülər qazılmış hissəyə çatan zaman qəfil tormoz verərərk asta keçməyə çalışıblar. Oxucunun sözlərinə görə, qazılmış hissəni asta keçməyə çalışan sürücülər qəfil tormoz verdikləri üçün bir neçə dəfə qəza şəraiti yaranıb.

 

Könül

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
avtosfer.az

1Mənbələr