AZ

Deyli Blind “Jirona” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Niderland milli komandasının sabiq müdafiəçisi Deyli Blind qarşıdakı mövsümdə də “Jirona”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə 2 illik yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, təcrübəli oyunçu 2026-cı ilin 30 iyununa kimi La Liqa təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, 34 yaşlı Blindin “Jirona” ilə əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Deyli Blind 2023-cü ilin iyul ayında Almaniya nəhəngi “Bayern”dən azad agent qismində “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 35 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Blind daha öncə “Ayaks”, “Mançester Yunayetd”, “Qroningen” və “Bayern” kimi klublarda forma geyinib.

Müdafiəçi 2013-cü ilin fevralında debüt etdiyi Niderland yığmasında da 106 oyun keçirib, 3 qol vurub, 15 assistlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
arena.az

1Mənbələr