AZ

SON DƏQİQƏ: 2 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) İraq/Hakurk bölgəsində həyata keçirdiyi əməliyyatda PKK/KCK üzvləri Tufan Koçer kodlu Ahmet Bayar və Mervan Zerevan kodlu Əhməd İbrahim Əl Əhməd zərərsizləşdirilib.

News24.az xəbər verir ki, MİT tərəfindən müəyyən edilib ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı baza ərazisinə sızmaq üçün təlimat alıblar. Bundan sonra terrorçulara qarşı araşdırmalar dərinləşdirilib.

Təşkilat rəhbərlərinin hərəkət göstərişindən 24 saat sonra aksiyaya hazırlaşan iki terrorçu zərərsizləşdirilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
news24.az

1Mənbələr