AZ

Polis İdarəsinin daha 4 əməkdaşı saxlanıldı

Yazını böyüt
Yazını kiçilt

Ankara Cümhuriyyət Baş Prokurorluğu, Ayhan Bora Kaplan istintaqında ifadə verən gizli şahidin iddiaları əsasında paytaxtda 4 polis əməkdaşının saxlanıldığını açıqlayıb. Ankara Cümhuriyyət Baş Prokurorluğu istintaqın vasvasılıqla davam etdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, prokurorluğun mövzu ilə bağlı yaydığı şərhdə, “Gizli şahidin ifadəsindəki iddialarla əlaqədar Ankara Cümhuriyyət Baş Prokurorluğumuz Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində çalışan 4 məmur haqqında həbs qərarı çıxarıb. Müdirliyi tərəfindən həbs qərarı icra edilib” deyilib.

İstintaq çərçivəsində bir müddət əvvəl daha 3 polis əməkdaşı saxlanılıb. MHP sədri Dövlət Baxçalı cinayət təşkilatının lideri Ayhan Bora Kaplanın istintaqı çərçivəsində baş verənlərlə bağlı Baş Mülki Müfəttişlərin hesabatı əsasında 3 polis rəisinin həbs olunduğu prosesi “sui-qəsd” adlandırmışdı.

Hədəfin Xalq İttifaqı və Türkiyə olduğunu bildirən Bahçalı, "Getməkdə olan bütün qeyri-qanuni təmas və əlaqə şəbəkələrindən xəbərdarıq” deyib.

Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğan MİT sədri İbrahim Kalını və ədliyyə naziri Yılmaz Tunçu Beştəpədəki Prezident Külliyesine dəvət edib. Gecə yarısı keçirilən kritik zirvənin gündəmində Ayhan Bora Kaplan istintaqı səbəbilə Ankara polisindən uzaqlaşdırılan rəislərlə bağlı araşdırma aparıldığı bildirilib. Ərdoğanın Kalın və Tunçla görüşündən sonra AKP Qrup Toplantısında mühüm açıqlamalar verməsinin gözləndiyi də iddia edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
hafta.az

1Mənbələr