AZ

Baqratla bağlı plan bəlli oldu - "Bu başlanğıcdır"

Yepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın fiaskosu onun məlum siyasi dairələrlə (hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sərkisyanla) əməkdaşlığı ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Artaşes Xalatyan deyib.

Ekspert Qalstanyan və digər kilsə xadimlərinin siyasi proseslərə qoşulması və öncüllük etməsinin konstitusiya baxımından yolverilməz olduğunu bildirib:

“Hərəkata etimad göstərməməsinin bir səbəbi kilsənin siyasi prosesə qoşulması idi, digəri də xalqın etimad göstərmədiyi insanlarla əlaqəli şəkildə hərəkət etməsi. Xalq arasında ruhanilərə hörmətin azalmasının səbəbi də budur.

Siyasi proses və kilsə fərqlidir. Bu kontekstdə onların katolikosun xeyir-duası ilə hərəkət etdiklərinə dair bəyanatlar haqda danışarkən, ilk növbədə II Qareginin onların fəaliyyətinə icazə verməsinin məqsədinin nə olduğunu anlamalıyıq. Eçmiədzin kilsəsi bu siyasi hərəkatı dəstəklədiyinə dair rəsmi açıqlama verməyib. Amma belə bir şey eşidilsə, nəticələri çox ağır olacaq”.

Xalatyan qeyd edib ki, siyasi hərəkat başa çatdıqdan sonra Baqrat kilsədən qovulmalıdır:

“Bu hərəkatda başqa bir məqsəd də ola bilər. İki il sonra Ermənistanda parlament seçkiləri keçiriləcək, ola bilsin, bu hərəkat səsləri vaxtından əvvəl təmin etmək üçün edilib. Yəni hərəkatın arxasında duran həmin qüvvələr (Sərkisyan-Köçəryan klanı) seçki prosesində mövqelərini gücləndirmək məqsədi güdürlər. Mümkündür ki, bu, həmin qüvvələrin siyasi cəhdinin başlanğıcıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr