Yaponiya iqtisadiyyatı gözlənildiyindən daha çox zəifləyib.

İndex.az xəbər verir ki, Yaponiyada birinci rübündə Ümumi Daxili Məhsul illik bazda 2% azalıb.

İqtisadçılar Yaponiya iqtisadiyyatının  1,5% azalacağını gözləyirdilər.

Son məlumatlar Yaponiya Bankının (BOJ) faiz artımı planlarını da təhlükə altına qoya bilər.

Belə ki, BOJ aprelin 26-da keçirdiyi son pul siyasəti iclasında etalon siyasət faizini dəyişməyərək 0-0,1% səviyyəsində saxlayıb və pul siyasətinin gələcək iqtisadi şərtlərdən asılı olacağını bildirib.