AZ

Ombudsman Səbinə Əliyeva Tatarıstan Respublikasında səfərdədir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının TatarıstanRespublikasında “Rusiya-İslam dünyası: KazanForum” 2024 XVBeynəlxalq İqtisadi Forumunda iştirak edib.

Trend xəbər verir ki, forumda “Azərbaycan Respublikasındaqadınların səlahiyyətlərinin artırılması” mövzusunda çıxışı zamanıMüvəkkil Azərbaycanda qadınların cəmiyyətdəki rolundan, onlarınölkənin ictimai-siyasi həyatında iştirakının əhəmiyyətindən bəhsedib.

Qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminedilməsində ombudsman və milli insan hüquqları təsisatlarının mühümrol oynadığını qeyd edən S.Əliyeva müvafiq sahədə həyata keçirdiyifəaliyyəti barədə məlumat verib, Aparat tərəfindən qadınlararasında hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətindəhüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib.Eləcə də təsisat tərəfindən “Genderə giriş” mühazirələr toplusunun,çap vasitələrinin və müvafiq mövzuda məqalələrin hazırlandığıbildirilib.

Eyni zamanda, Ombudsman tərəfindən mövcud qanunvericilikaktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni qanunlayihələrinin qəbul olunması ilə bağlı tövsiyələrin hazırlandığıdiqqətə çatdırılıb.

Müvəkkil ölkəmizdə qadınların hüquq və azadlıqlarının təminiməsələlərinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqətyetirildiyini söyləyib, qadın hüquqlarının müdafiəsi baxımındanmilli qanunvericilikdə mühüm əhəmiyyətə malik islahatların həyatakeçirildiyini qeyd edib.

Ombudsman qadınların ölkə həyatının bütün sahələrinə fəal cəlbolunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsindəgender siyasətinin inkişafında irəliləyişlərin əldə olunduğunubildirib.

Müvəkkil qadınların təhsil almaq hüququnun təmini, qadınsahibkarlığının inkişaf etdirilməsi istiqamətində əldə edilmişmüsbət təcrübələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva TatarıstanRespublikası Dövlət Şurasının “Mərhəmət” qadın deputatlarıassosiasiyasının rəhbəri Alsu Nəbiyeva və bir qrup qadın deputatlagörüşüb.

Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsiistiqamətində həyata keçirdiyi fəaliyyətindən danışıb, beynəlxalqəməkdaşlığa mühüm əhəmiyyət verildiyini, o cümlədən xariciölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə sıxəlaqələrin mövcud olduğunu qeyd edib.

Tatarıstanın Ombudsmanı ilə əməkdaşlıq əlaqələrindən bəhs edənS.Əliyeva təsisatlar arasındakı mövcud münasibətləri yüksəkqiymətləndirib. Görüşdə, həmçinin insan hüquq və azadlıqlarınıntəmini və bir sıra digər istiqamətlərdə gələcək əməkdaşlıqperspektivləri müzakirə olunub.

Daha sonra Ombudsman “Tatarıstan Respublikasının AzərbaycanMilli-Mədəniyyəti Muxtariyyəti” regional ictimai təşkilatında görüşkeçirib. Görüş zamanı Müvəkkilə təşkilatın fəaliyyət istiqamətləribarədə məlumat verilib, müxtəlif xalqların ənənələrinin, dillərininqorunub saxlanılması üçün tədbirlərin görüldüyü diqqətə çatdırılıb,məktəblilər üçün “Dostluq dərsləri”nin tədris olunduğu qeyd edilib,eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər barədə fikirmübadiləsi aparılıb.

Ombudsman
Ombudsman
Ombudsman
Ombudsman
Ombudsman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
6
az.trend.az

10Mənbələr