AZ

ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib

 

ABŞ administrasiyası İrandakı Çabahar Şahid Beheşti limanının avadanlıqları və əməliyyat ortaqlığı üçün müqavilə imzalayan Hindistan şirkətinin sanksiyalarla üzləşə biləcəyinə işarə edib.

Ednews sozcu.com-a istinadən xəbər verir ki,  ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel gündəlik mətbuat brifinqində Hindistan Global Ports Limited-in (IPGL) İranla liman müqaviləsini dəyərləndirib.

Patel deyib ki, İranla iş görmək istəyən hər hansı qurum və ya şəxs potensial olaraq sanksiya risklərinə açıq olduqlarını bilməlidir.

IPGL-nin avadanlığı və İrandakı Çabahar Şahid Beheşti limanının istismar ortaqlığına dair saziş Tehranda iki ölkənin rəsmiləri arasında imzalanıb.

Hindistan İranın cənub-şərqindəki limandan istifadə edərək Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə çatmağı hədəfləyir.

Hindistanın Pakistandan keçmədən Əfqanıstan və Şərqi Avropaya çatmaq üçün alternativ ticarət yolları yaratmaq səyləri İranın Çabahar limanının iqtisadi və strateji əhəmiyyətini artırır.

Hindistan Çabahar limanının inkişafı ilə yanaşı, Türkmənistanla birgə həyata keçirilən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihələrinə də xüsusi önəm verir.

 

Xəyal 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
ednews.net

1Mənbələr