AZ

Dünyada ən böyük uran ehtiyatına malik 10 ölkə

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin Rusiyadan zənginləşdirilmiş uran idxalını dayandırmaq qərarı uran istehsalı sektorunda mühüm ölkələri diqqətə çatdırıb.

Hafta.az-ın yazdığına görə, “Fashionable Capitalist” saytının dərc etdiyi statistikaya əsasən, bu sıralama hər bir ölkənin uran ehtiyatlarının tonla ölçülərinə görə hazırlanıb və aşağıdakı ölkələri əhatə edir.

Statistikaya görə, Avstraliya 1,7 milyon tonla dünya uran ehtiyatlarının 23 faizini özündə cəmləyrək ən çox uran ehtiyatına malik ölkə kimi birinci yerdədir.

2024-cü ilin birinci rübünün sonuna qədər 815 min ton uran ehtiyatı ilə dünya uran ehtiyatının 13 faizinə sahib olan Qazaxıstan ikinci yerdədir. Eyni dövrdə Kanada 589 min ton uran ehtiyatı ilə dünya uran ehtiyatlarının 10 faizinə sahib olmaqla üçüncü yerdədir.

Dünya uran ehtiyatlarının 8 faizini təşkil edən 481 min ton uran ehtiyatına malik Rusiya siyahıda dördüncü, dünya uran ehtiyatlarının 8 faizinə bərabər olan 470 min ton uran ehtiyatına malik Namibiya beşinci, CAR 321 min tonla altıncı, Braziliya 311 min ton uran yeddinci yerdədir.

Yeri gəlmişkən, CAR və Braziliyanın hər biri qlobal uran ehtiyatlarının 5 faizinə sahibdir.

Dünya uran ehtiyatlarının 5 faizini əlində tutan, 277 min ton uran ehtiyatına malik Niger siyahıda səkkizinci yerdədir.

Doqquzuncu yerdə 224 min ton uran ehtiyatı olan Çindir. Monqolustan isə 145 min ton uran ehtiyatı ilə onuncu yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
hafta.az

1Mənbələr