AZ

Media və narkomanlığa qarşı mübarizə

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriy­yəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri (KİV) tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib.

Görüşdə bu ilin yanvar–mart ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkoman­lığa qarşı mübarizə ilə bağlı kütləvi in­formasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın sədri Əli Əhmədov çıxış edərək bildirib ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz döv­riyyəsinə qarşı mübarizədə səmərəlili­yin artırılması, təbliğat və maarifləndir­mə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi sahəsində zəruri tədbirlər görülür. 

Bununla yanaşı qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstə­ricilər təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz döv­riyyəsinin və narkomanlığın yayılması­nın maarifləndirmə yolu ilə qarşısının alınması sahəsində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq iş­lərin görülməsinin davam etdirməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov bu ilin yanvar–mart ayları ər­zində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informa­siya vasitələri tərəfindən həyata keçi­rilən tədbirlərə dair aparılan monito­rinqin nəticələri barədə məlumat verib. 

Çıxış edənlər irəli sürülən tövsiyələ­ri nəzərə alaraq, narkomanlığın cə­miyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılması­nın əhəmiyyətini vurğulayıblar. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
xalqqazeti.az

1Mənbələr