AZ

Şəmkirdə yol qəzasında ağır xəsarət alan piyada 3 gün sonra ölüb

Şəmkirdə yol qəzasında ağır xəsarət alan piyada 3 gün sonra ölüb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, mayın 12-si Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İsmayılov Sahilin oğlu idarə etdiyi "VAZ-2103" markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən yolu sürücü istiqamətində soldan sağa tərəf keçən piyada 1947-ci il təvəllüdlü Cəfərova Həqiqət Mürsəl qızını ehtiyatsızlıqdan vurub.

Şəmkir rayon Mərkəzi xəstəxanasında tibbi yardım edilməsinə baxmayaraq mayın 15-də ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
e-huquq.az

1Mənbələr