AZ

İnsanların orta ömrü 78 il olacaq

Yazını böyüt
Yazını kiçilt

Prezident Vladimir Putinin göstərişinə uyğun olaraq, Rusiya hökuməti ölkədə orta ömür müddətini 6 il ərzində 78 yaşa çatdırmağı planlaşdırır.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, Səhiyyə Nazirliyinin məlumatında hazırda orta ömrün 73,5 il olduğu deyilir.

Qəzet ölkədə kişilərin qadınlardan 10 il az yaşadığına da diqqət çəkib. Səhiyyə Nazirliyi “Sağlamlığın qorunması” adlı milli layihə çərçivəsində həyata keçiriləcək tədbirlər sayəsində ölkədə orta ömür müddətinin uzadılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Rusiyada statistika göstərir ki, 2030-cu ilə qədər ölkədə hər 4 nəfərdən biri 60 yaşdan yuxarı olacaq. Yaşı 80-dən yuxarı olan əhalinin xüsusi çəkisi də 15,8 faizə yüksələcək.

Ekspertlər bu qənaətdədirlər ki, elan edilmiş hədəflərə çatmaq üçün bu proqramlar yaxşı maliyyələşdirilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
hafta.az

1Mənbələr