AZ

Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda tutduğu mövqedən danışıb

Rusiya Ukrayna ilə bağlı istənilən sülh təşəbbüsünü alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov REN TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Çində keçiriləcək danışıqlarda Ukrayna münaqişəsi və onun həlli yolları məsələsi də müzakirə olunacaq.

Peskov qeyd edib ki, Rusiya çinli həmkarlarının mümkün perspektivlər və vəziyyətin həlli üçün yeni təşəbbüslərin irəli sürülməsinin mümkün səbəbləri barədə baxışında maraqlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
operativmm.az

2Mənbələr