AZ

Ərinin qohumunun evini yandıran qadınla bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən B.Yusifovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, hadisə 2020-ci ildə Tovuz rayonunun Alakol kəndində qeydə alınıb.

 

Belə ki, B.Yusifova ikinci ərinin qohumunun evini yandıraraq, zərərçəkmişə ümumilikdə 44 459 manat dəyərində ziyan vurub.

 

Tovuz Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. B.Yusifovaya Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə onun 13 aprel 2014-cü ildə anadan olmuş uşağının 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb. Qadının barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 16 May 2024, 09:31   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
pravda.az

2Mənbələr