AZ

Qəbul imtahanları: “Abituriyentlər çox ciddi hazırlaşmalıdırlar”

“Blok imtahanlarında ən yaxşı göstərici qruplar üzrə bu cür sıralanacaq: IV, I, III və II ixtisas qrupu”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Elçin Əfəndiyev (Əfəndi) deyib.

 

“Fevral ayında keçirilmiş blok imtahanlarının sınaq imtahan mərhələsinə nəzər salsaq görərik ki, IV ixtisas qrupu 1-ci yerdə ardınca isə I, III və II qruplar üzrə sıralanma olmuşdu. Buraxılış imtahanlarına da baxsaq görərik ki, əksər yaxşı nəticə əldə edən abituriyentlər məhz qızlardır. Qızların da böyük əksəriyyəti IV və I ixtisas qruplarını seçirlər. Bu da onu deməyə əsas verir ki, məhz daha yüksək bal toplayan abituriyentlər blok imtahanında da bu ardıcıllıqla digər ixtisas qrupları ilə fərq yaradacaqlar”.

 

Müsahibimiz bütün abituriyentləri bu məqamlarda diqqətli olmağa çağırıb:

 

“26 may II və III ixtisas qrupları, 2 iyun I-IV ixtisas qrupları, 9 iyunda isə riyaziyyat-informatika altqrupundan informatika fənni, və tarix-coğrafiya (TC) altqrupundan coğrafiya fənni üzrə imtahanlar keçiriləcək. Abituriyentlər bu imtahanlara çox ciddi hazırlaşmalıdırlar. Çünki blok imtahanları olduqca həssas imtahandır. Ən az 50 bal toplanmalıdır ki, minimum 150 ballıq ixtisas seçimində iştirak etmək şansı qazana bilsinlər. Ümumilikdə isə abituriyentlər 100 bal limitini aşdıqdan sonra dövlət sifarişli ixtisaslara, eləcə də bütün ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Bəzi ixtisas qruplarında isə buraxılış və blok imtahanlarından ümumi 250 balın toplanması kimi müsabiqə şərtləri var. Nəzərə alsaq ki, mayın 26-sında 49900, 2 iyunda isə 36000-dən çox abituriyent imtahan verəcək. Bu rəqəmlər isə kifayət qədər çoxdur.  Abituriyentlər mütləq bu şərtləri nəzərə alaraq hazırlaşmalıdırlar.

 

Blok imtahanını buraxılışdan fərqləndirən bir sıra məqamlar var. Belə ki, ixtisaslar üzrə bal limitləri mövcuddur, paralel olaraq da səhv cavablar düz cavablara təsir edir. Yəni hər fəndən 22 olmaqla ümumilikdə 66 qapalı tipli suallarda abituriyentlərin etdiyi 1 səhv belə 0,25 doğru cavaba, 4 səhv isə 1 düzgün cavabın balını aparmış olur. Abituriyent əgər səhv edərsə, 5 sual üçün nəzərdə tutulmuş balı itirmiş olur. Sualların çətinlik səviyyəsini nəzərə alaraq abituriyentlər daha ciddi hazırlaşmalıdırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
azedu.az

1Mənbələr