AZ

Qəbiristanlığı əyləncə mərkəzi ilə səhv salan "KÖRPƏLƏR" - VİDEO

Qəbiristanlığı əyləncə mərkəzi ilə səhv salan "KÖRPƏLƏR" - VİDEO

Bir qrup gənc qəbiristanlığa gedir və qeyri-etik hərəkətlər edərək qəbirlərə zərər yetirir. Öz əlləri ilə özlərini ələ verirlər.

Sonxeber.az xəbər verir ki, ARB Xəbər"in əməkdaşları yeniyetmələrin əyləncə mərkəzi ilə səhv saldıqları qəbiristanlığa baş çəkib. Yerli bələdiyyə isə qoruyuruq deyir.

Gülürlər, əylənirlər və jarqon ifadələr ilə məzarlara zərər yetirirlər. Sanki yaxşı iş görürmüş kimi, hələ törətdikləri vəziyyəti qeydə alırlar.

Məzarların üzərindəki dəmir hissələr yerindən qoparılmış, bəziləri isə yerə aşırılmış vəziyyətdə tapılıb. Suraxanıda yerləşən rus qəbiristanlığı- zamanın, məkanın, milliyətin isə fərqi yoxdur. Bura qəbiristanlıqdır.

Görüntüləri görənlər onların bu əməllərini qəbul edə bilmir:

"Ən azından qəbirlərə hörmət qoymalıdırlar. Sökülməməli və dağıdılmamalıdır".

Bəs həmin qəbiristanlığa nəzarət edilmir? Niyə bu yeniyetmələri dayandıran bir nəfər belə olmayıb?

"Qəbiristanlığa nəzarət olunur. Arada bir ruslarda gəlir və nəzarət edirlər".

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
sonxeber.az

1Mənbələr