AZ

Çay evində gənci öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöl rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Apiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 15 fevral 2022-ci il tarixdə Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədov qətlə yetirilib. Onu tanışı Cəlal Apiyevin qətlə yetirməsi müəyyən edilib.

 

Hadisə Göygöl şəhərində çay evlərindən birində baş verib.

 

İstintaq orqanı tərəfindən Cəlal Apiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 16 May 2024, 09:25   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
pravda.az

1Mənbələr