AZ

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Bakı. Trend:

Yardımlı rayonunda narkokuryerlərdən 15 kiloqram marixuanaaşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, ŞəhriyarƏndəlifov və Mahir Abdullayev saxlanılıblar. M.Abdullayevin idarəetdiyi "Toyota" markalı avtomobilə baxış zamanı 15 kiloqrammarixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləriaşkarlanıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, Yardımlı RPŞ-nin əməkdaşları cari ildə 126kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
az.trend.az

1Mənbələr