AZ

Ağdamda evdən 10 min manat pul oğurlayan şəxs saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinə rayonun Çəmənli kəndi ərazisində yerləşən evlərdən birindən 10 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xaliq İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə X.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
17
apa.az

10Mənbələr