AZ

Slovakiyanın Baş naziri bu gecəni çıxdı, hazırkı vəziyyəti ilə bağlı SON MƏLUMATLAR

Baş nazir Robert Fiko həyatına sui-qəsdən sonra ilk kritik gecəni adlada bilib və yaşayır. Həkimlər bildirir ki, onun əməliyyatı uğurlu alınıb, indi süni koma vəziyyətindədir.

Musavat.com Slovakiya mediası əsasında bildirir ki, Baş nazir çoxlu qan itirib, lakin heç bir əsas damar zədələnməyib, “həyat üçün təhlükəli vəziyyətdə” deyil.

Xatırladırıq ki, polis sui-qəsd cəhdi ilə bağlı araşdırmaya başlayıb, bu gün mətbuat konfransı keçiriləcək.

Baş

Juraj Cintula

Bildiyiniz kimi, sui-qəsdçi saxlanılıb. Bu, Levice şəhərinin sakini, 71 yaşlı yazıçı Juraj Cintuladır, o, hakimiyyətin siyasəti ilə razılaşmadığını bildirib. Yazıçı Baş nazirə 5 dəfə atəş açıb.

Parlamentin dörd vitse-spikerindən ikisi sui-qəsd cəhdində liberal müxalifəti - partiyaları və medianı günahlandırıb.

Bu gün həmçinin Slovakiya Dövlət Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək.

Musavat.com onu da xatırladır ki, Baş nazir Robert Fiko bir həftə öncə Bakıda səfərdə olmuşdu və burada Avropa Birliyinin, kollektiv Qərbin əleyhinə sərt açıülama vermişdi. Bu da bir sıra komplo teorilərinə yol açıb.

Məsələn, fransız siyasətçi və Avropa Parlamentinə namizəd Florian Filippot yazıb ki, Fikoya hücum onun NATO-ya zidd olan Ukraynaya silah tədarükünə qarşı mövqeyi ilə bağlı ola bilər.



Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
musavat.com

2Mənbələr