AZ

"Karta səhvən gələn pulu xərcləsək NƏ OLAR? - VİDEO

"Karta səhvən gələn pulu xərcləsək NƏ OLAR? - VİDEO

"Kartıma 4 min manat pul gəlib. Kimdən gəldiyini bilmədiyim üçün geri göndərə bilmirəm".

Bu sözlər bir vətəndaşın"Facebook" hesabındaki paylaşımında qeyd olunub. Postda bildirib ki, kartına gələn pulu qaytarmaq üçün banka müraciət etsə də, pulu göndərən şəxs özü müraciət etmədən məlumat verə bilməzlər cavabı ilə qarşılaşıb.

Sonxeber.az xəbər verir ki, paylaşımı edən şəxslə "Apa TV"nin əməkdaşları əlaqə saxlayıb. Müsahibə verməkdən imtina etsə də, məsələnin artıq həll olunduğunu və pulu sahibinə göndərdiyini bildirdi.

Bəs vəziyyət belə olmasa idi, yəni vətəndaş o pulu xərcləsəydi məsuliyyəti kim daşıyacaqdı?

"Əgər şəxsin kartına hər hansı pul gəlibsə, onu xərcləyirsə konkret olaraq bir məsuliyyət yoxdur. Bu orada hər hansı bir cinayət məsuliyyəti daşımır. Ancaq pulu səhv karta göndərən şəxs aidiyyəti qaydada ondan pulu tələb edə bilər. Əgər şəxs həmin pulu qaytarmasa vətəndaş aidiyyəti qayda da məhkəməyə müraciət edə bilər. Həmin pulun ödənilməsi istiqamətində məhkəmə qərarı çıxartdıra bilər".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
sonxeber.az

1Mənbələr