AZ

Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə Abşeron rayonunda quldurluqda təqsirləndirilən Həsən Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.


 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi H.Bayramovun şikayətini təmin etməyib.
 

Qeyd: H.Bayramov Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.

 
İstintaq zamanı məlum olub ki, o, bıçaq götürüb və maska taxaraq basqın etdiyi evlərdən 3-ü qadınlara məxsus olub. Həsən ümumilikdə əvvəlcədən seçdiyi 4 mənzilə basqın edib.
 

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Başına maska taxaraq mənzillərə daxil olan Həsən Bayramov bıçaq və digər soyuq silahla vətəndaşlardan pul, qızıl tələb edib.
 

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədi ilə, öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik maddənin təsiri nəticəsində törətdiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 16 May 2024, 08:49   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
pravda.az

4Mənbələr