AZ

MEK-in şöbələrinin fəaliyyətlərinə dair hesabatları keçirilir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tərəfindən MEK-in şöbələrinin fəaliyyətinə dair hesabatları dinlənilir.

Hesabatın əsas məqsədi şöbələr tərəfindən həyata keçirilmiş və davam edən işlərin monitorinqi, fəaliyyətin yüksəldilməsi istiqamətində tədbirlər planının hazırlanması, eyni zamanda, müasir informasiya texnologiyalarının istifadə imkanlarından yararlanmaqla elektron kitabxananın və burada rəqəmsal informasiyanın rolunun dinamik şəkildə artırılması, oxuculara xidmət işinin kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Qeyd edək ki, bugünə kimi Azərbaycan dilində ədəbiyyat və mübadilə, Xarici dillərdə ədəbiyyat, Qarabağ müharibəsi qəhrəmanları fondlarının, Komplektləşdirmə, Kataloqlaşdırma, Oxuculara xidmət, Azərbaycanşünaslıq və MRY, İnnovativ layihələr və metodiki təminat şöbələrinin gördükləri işlərə dair məlumatları dinlənilib, şöbələrin rəhbərlərinə fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq təkliflər verilib. Qarşıdakı günlərdə digər şöbələrin də hesabatları dinləniləcək.

Hesabatlarda kitabxana işinin inkişafına dair həyata keçirilən elmi metodik tədbirlər, informasiya cəmiyyəti quruculuğu şəraitində MEK oxucularına göstərilən xidmətin keyfiyyəti, müxtəlif elm sahələrini əhatə edən ədəbiyyatların qəbulu, kitabxana-biblioqrafiya və informasiya təminatının optimallaşdırılması sahəsində görülən işlər, informasiya proseslərinin avtomatlaşdırılması və digər bu kimi dolğun məlumatlar öz əksini tapıb.

MEK rəhbərliyi tərəfindən şöbələrin işlərinə dair irad və təkliflər bildirilib, müvafiq taprışıqlar verilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
azia.az

1Mənbələr