AZ

Təcrübə könüllülərimiz üçün “Fotoqrafiyanın əsasları” təlimi - FOTOLAR

“Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının könüllüləri üçün Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvü Rüfət Əzizzadə tərəfindən “Fotoqrafiyanın əsasları” təlimi keçirilib.

QHT.az xəbər verir ki, təlimdə foto çəkilişin incəlikləri və fotoqrafiyanın əsası olan işıq texnikası, fotokompozisiya və fotoqrafiya sənətinə dair digər məqamlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda təcrübi nümunələrlə uşaqların sualları cavablandırılıb, yeni rəqəmsal texnologiyaların imkanları baradə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Uşaq Səfirlər Məktəbi” təcrübə könüllüləri proqramının məqsədi Uşaq Səfirlər Məclisi ənənəsinin və iş prosesinin öyrənilməsi, uşaqların iştirakçılıq bacarıqlarının formalaşdırılmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
qht.az

1Mənbələr