AZ

Həyəcandan yerə yıxıldı, bu anın görüntüsü geniş yayıldı - VİDEO

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Totenham”la keçirilən oyunda (2:0) etdiyi hərəkətlərlə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, çalışdırıcı emosional hərəkətləri ilə diqqət çəkib.

Belə ki, matçın 86-cı dəqiqəsində rəqib komandanın futbolçusu Son Hin Min topu şəhərlilərin oyunçusu Akanjidən alaraq hücuma keçib.

Qvardiola topun qapıya keçəcəyindən həyəcanlanaraq emosiyalarını saxlaya bilməyib və yerə uzanıb. Çalışdırıcı topun qapıya keçmədiyini gördüyü zaman ayağa qalxıb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
sportinfo.az

1Mənbələr