AZ

Ağ Evin daha bir əməkdaşı ABŞ-nin Qəzza savaşında İsrailə dəstəyinə görə istefa verdi...

ABŞ prezidenti Co Bayden administrasiyasının daha bir əməkdaşı ABŞ-nin Qəzzaya qarşı müharibə zamanı İsrailə davamlı dəstəyinə etiraz olaraq açıq şəkildə istefa verib.
 
Moderator.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bu haqda çərşənbə günü “Associated Press” agentliyi, həmçinin “Vaşinqton-Post” məlumat yayıb.
 
ABŞ Daxili İşlər Departamentində baş qərargah rəisinin xüsusi köməkçisi Lily Qrinberg Koll istefa məktubunda yazıb ki, o, administrasiyanı “vicdanla təmsil etməyə davam edə bilməz”.
 
Yəhudi olan Koll, həmçinin Baydenin oktyabr ayında Qəzza müharibəsi başlayandan bəri söylədiyi şərhləri, o cümlədən İsrail olmadan “dünyada təhlükəsiz olan bir yəhudi olmayacaq” xəbərdarlığını qınayıb.
 
“O, yəhudiləri Amerika döyüş maşınının siması edir. Və bu, çox yanlışdır”,- o, xəbər agentliyinə müsahibəsində deyib.
 
Xatırladılır ki, oktyabrın 7-də münaqişə başlayandan bəri Bayden administrasiyasının bir neçə məmuru, o cümlədən keçmiş ABŞ Ordusu zabiti ABŞ-nin Qəzza siyasətinə görə açıq şəkildə istefa verib.
 
İstefalar Qəzza zolağında ölənlərin sayının artmasına və İsrail qüvvələrinin anklavda fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edilməsinə baxmayaraq, Baydenin İsrailə birmənalı dəstəyinə görə ölkədə geniş qəzəb fonunda baş verib.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
moderator.az

1Mənbələr