AZ

Orta Dəhliz Çindən Avropaya nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün vacibdir - Ləzizə Sabirova (Özəl müsahibə)

Bakı. Trend:

Orta Dəhliz Çindən Avropaya ticarət və nəqliyyat marşrutlarınınşaxələndirilməsi üçün vacibdir.

Bunu Trend-ə özəl müsahibəsində Asiya İnkişaf Bankının Mərkəzivə Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq vəƏməliyyatların Koordinasiya Şöbəsinin direktoru Ləzizə Sabirovadeyib.

“Orta Dəhlizin inkişafı bir çox inkişaf tərəfdaşları arasındamühüm gündəliyə çevrilir. Orta Dəhlizin müzakirə olunduğu bir çoxbeynəlxalq forumlar, konfranslar və iclaslar keçirilir.

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsindəDəhliz 2 adlandırılan Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazölkələri, o cümlədən Azərbaycan vasitəsilə Çindən Avropayanəqliyyat və tranzit marşrutlarını şaxələndirmək imkanı yaradır.Marşrutların şaxələndirilməsi ilə yanaşı, Orta Dəhliz Mərkəzi Asiyaölkələri, o cümlədən Qırğızıstan Respublikası üçün də özməhsullarını ixrac edə biləcək mexanizm və ya kanal kimi vacibdir.Bunun üçün təbii ki, belə ölkələr ixrac oluna bilən mallar istehsaletməli, öz növbəsində daha çoxşaxəli istehsalıstimullaşdırmalıdırlar”, - deyə o bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı təkcə limanların vəya dəmir yollarının tikintisindən ibarət deyil, həm də yüklərin vəinsanların sərhədlərdə rahat hərəkətini təmin etmək üçün "dəmir"infrastrukturu "yumşaq" infrastrukturla birləşdirməkdənibarətdir.

Sabirova qeyd edib ki, hazırda Azərbaycan və Gürcüstan potensialbirgə sərhəd keçid məntəqələrinin yaradılması üzərindəişləyirlər.

“Əslində, AİB-in sərhəd-keçid məntəqələrinin modernləşdirilməsiilə bağlı bir neçə layihəsi var. Bank hazırda həm Azərbaycan, həmdə Gürcüstan tərəfində rəsmiləşdirmə prosedurlarının bir dəfə başaçatdırıla biləcəyi və birgə sərhəd-keçid məntəqəsinin yaradılmasıimkanını nəzərdən keçirir. Bu, Azərbaycan və Gürcüstan arasındasəyahət edən ticarətçilər və biznes operatorları üçün xeyli vaxtavə səyə qənaət etməyə kömək edəcək. Bu çox effektiv bir sistem olabilər. Biz bu yanaşmanı Çin və Monqolustan arasında birgə gömrükmanifestinin həyata keçirilməsində texniki yardım vasitəsiləsınaqdan keçirdik.

Digər gözəl nümunə Almatı-Bişkek İqtisadi Dəhlizində apardığımızişdir. Biz Qazaxıstanla Qırğızıstan sərhədində yeni keçid məntəqəsiüzərində işləyirik. Vurğulamaq istədim ki, fiziki və "yumşaq"infrastrukturun inkişafı paralel getməlidir. Çünki ideal yol və yasərhəd infrastrukturu olsa belə, prosedurlar çətin olarsa,insanların və ya avtomobillərin sərhədi keçməsi uzun müddət çəkəbilər ki, bu da əlverişsiz və bahalı olacaq”, - deyə obildirib.

Sabirova Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ölkələrindədəhlizlərin effektivliyinin ölçülməsi və monitorinqi mexanizmindəndə danışıb.

“Bu, uzunmüddətli məlumat bazasıdır, burada ən müasirməlumatları toplayırıq və sərhədi keçmək üçün nə qədər vaxtçəkdiyini və nə qədər başa gəldiyini ölçürük. Biz mütəmadi olaraqdəhlizlər boyu malların hərəkətində irəliləyişlərin olub-olmamasınanəzarət edirik. Gözə çarpan təkmilləşdirmələrə baxmayaraq, bəzimarşrutlar problemli olaraq qalır. Biz bu problemləri necə aradanqaldıra biləcəyimizi müəyyən etmək üçün özəl sektorla, eləcə dəhökumətlərlə çox işləyirik.

Cənubi Qafqaz və Mərkəzi Asiyanın beş ölkəsi müvafiq beynəlxalqmaliyyə qurumları ilə danışıqlar masası arxasına əyləşsələr, bu,yaxşı addım olar. AİB olaraq biz bu təşəbbüsü dəstəkləməyəhazırıq.

Orta Dəhliz çətin marşrutdu. Bu, avtomobil yollarını, dəmiryollarını, gəmiçilik və limanları birləşdirən multimodal dəhlizdir.Qeyd etdiyim məsələlərə və nisbətən aşağı trafik həcminə görə bahaqalır. Biz dəhliz boyu iqtisadi fəallığı və ticarətistimullaşdırmalıyıq və bu, rəqabət siyasətini, iqtisadiyyatınşaxələndirilməsini və dəhliz boyu ölkələrin ümumi iqtisadi artımınıtəşviq etməyi nəzərdə tutur”, - deyə o bildirib.

Qırğızıstan Respublikasının Mərkəzi Asiya Regionalİqtisadi Əməkdaşlıqda iştirakının dəstəklənməsi

Sabirova qeyd edib ki, Qırğızıstan Mərkəzi Asiya Regionalİqtisadi Əməkdaşlıq proqramının çox mühüm iştirakçısıdır.

“Qırğız Respublikası 2025-ci il üçün Mərkəzi Asiya Regionalİqtisadi Əməkdaşlıq proqramının növbəti sədridir. QırğızıstanRespublikası üçün regional əməkdaşlıq çox vacibdir, çünki o,nisbətən kiçik bir iqtisadiyyata malikdir, əhalisi azdır. Dahageniş regional bazarlara çıxış əldə etmək üçün Qırğızıstan bütünimkanlardan istifadə etməlidir. Çox yaxşı haldır ki, onlar MərkəziAsiya Regional İqtisadi Əməkdaşlıq proqramında fəal iştirakedirlər.

Biz nəqliyyat sektoruna böyük sərmayə qoyaraq, nəqliyyatbağlantısı üçün kifayət qədər çox işlər görürük. Biz enerjiyə dəsərmayə qoyuruq. Biz "Kambarata 1" meqalayihəsi də daxil olmaqla,ehtiyacların nə olduğunu anlamaq üçün hökumət və digər inkişaftərəfdaşları ilə sıx əməkdaşlıq edirik. Layihə müxtəlif səbəblərdənbeynəlxalq maliyyə qurumlarının marağına səbəb olur. Birincisi, bu,bərpa olunan enerjini təşviq edən bir su layihəsidir, daha yaşıliqtisadiyyata keçidə kömək edəcək və karbon qazı emissiyalarınıazaldacaq. İkincisi, bu, regional layihədir və bu layihəyə qoyulaninvestisiyalar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıqın üçüzvü, xüsusən də Qazaxıstan, Qırğızıstan və Özbəkistan üçünelektrik enerjisi bazarını təmin edəcək”, - deyə o əlavə edib.

Sabirova qeyd edib ki, Qırğızıstan Mərkəzi Asiya Regionalİqtisadi Əməkdaşlıq proqramı çərçivəsində müxtəlif prosedurların, ocümlədən sanitar və fitosanitar tədbirlərin uyğunlaşdırılması üçünticarətin asanlaşdırılması tədbirlərinin həyata keçirilməsində fəaliştirak edir.

“Biz həmçinin kənd təsərrüfatı və su ehtiyatları, eləcə dəQırğızıstan Respublikası üçün çox vacib olan təhsil və əməkbacarıqlarının inkişafı üzərində işləyirik. Biz Mərkəzi AsiyaRegional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində qarşılıqlıəlaqələrimizi daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”,- deyə o əlavə edib.

Türkmənistana texniki yardım

O qeyd edib ki, Türkmənistan AİB üçün digər mühüm ölkədir.

“Türkmənistan üçün kommunikasiya çox vacibdir və bu ölkəninpotensialı çox böyükdür. Biz həmçinin səhiyyə və sosial sektorunehtiyaclarından danışırıq. Hökumət bu növ ehtiyaclar üçün kreditlərəldə etmək üçün AİB ilə işləmək istəyirsə və ya maraqlıdırsa, AİBinvestisiyanı təmin etməyə hazırdır.

Biz, həmçinin Türkmənistanın Ümumdünya Ticarət Təşkilatına üzvolmasına hazırlaşmasını dəstəkləyirik ki, bu da ölkənin qlobaliqtisadiyyatla əlaqəsi baxımından mühümdür. Ölkə Mərkəzi AsiyaRegional İqtisadi Əməkdaşlıq proqramının bir hissəsi olduğu üçünbiz regional texniki yardım üçün də bir neçə qrant ayırmışıq. Kəndtəsərrüfatı, enerji, nəqliyyat və ya ticarətlə bağlı hər hansıtədbirə ev sahibliyi edəndə biz həmişə Türkmənistan hökumətininnümayəndələrini dəvət edirik. Ötən il AİB Özbəkistan vəTürkmənistan arasında enerji məsələləri üzrə təcrübə mübadiləsinəşərait yaradıb”, - deyə o bildirib.

Özbəkistanın enerji davamlılığınındəstəklənməsi

O bildirib ki, AİB hazırda Özbəkistan üçün yeni tərəfdaşlıqstrategiyası hazırlayır.

“Ümid edirik ki, bu strategiya bu il təsdiqlənəcək. Bu,Özbəkistan hökumətinin prioritetlərinə uyğun gələn 2028-ci iləqədər beş illik strategiyadır. Bu strategiyada yaşıl keçidə böyükdiqqət yetirilir. Özbəkistan hökuməti yaşıl keçidə çox ciddiyanaşır, çünki onun əhəmiyyətini dərk edirlər. Onlar başa düşürlərki, ekoloji keçidə ciddi sərmayələr qoymalı və effektiv siyasətlərformalaşdırmalıdırlar. Hazırda Ölkə Tərəfdaşlığı Strategiyasınınhazırlanması hələ də davam edir. Ancaq növbəti beş il ərzindədəstək verəcəyimiz bir neçə yeni sahə var”, - deyə o bildirib.

Sabirova əlavə edib ki, qaz Özbəkistanın əsas məhsuludur.

“Biz buna regional səviyyədə də baxırıq. Çünki biz nə vaxtenerji təhlükəsizliyindən danışırıqsa, bu, həmişə regionalməsələdir. Keçmişdə biz Özbəkistanın enerji sektoruna kifayət qədərsərmayə qoymuşuq. Onlardan biri də karbon qazı tullantılarınınazaldılması da daxil olmaqla yaxşı nəticələr verən TalimərcanElektrik Stansiyası layihəsidir. Özbəkistan AİB-in Mərkəzi və QərbiAsiya Departamentində ikinci ən böyük borc alan ölkədir”, - deyə o,yekunlaşdırıb.

X: @Lyaman_Zeyn

Orta
Orta
Orta
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
3
az.trend.az

4Mənbələr