AZ

Sərhədçilər Azərbaycan-Ermənistan sərhədinə bu tarixdə yerləşəcək-FOTO

“Hər iki tərəfin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədinə yerləşdirəcəklər”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.

Qeyd olunub ki, Xeyrımlı kəndində bəzi koordinatlar kompüter vasitəsilə müəyyən edildiyi üçün indi bütün sərhəd postları quraşdırılmayıb və bir müddət sonra orada yeni dirəklər yerləşdiriləcək.

Komissiyaların məlumatında qeyd edilir ki, xəritələr 1979-cu ildən istifadədədir.

"1979-cu ildə SSRİ-nin kartoqrafiya və geodeziya sahəsində səlahiyyətli orqanı xəritənin düzgünlüyünü və hüquqi əsaslarını yoxladı. Bu kartlar Sovet İttifaqı dağılana qədər istifadə olunub. Bunlar. Bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir",-deyə Paşinyanın ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşdə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
19
cebheinfo.az

10Mənbələr