AZ

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib » AzadMedia.az


Yeni Zelandiya hakimiyyəti Rusiyanın 28 fiziki və 14 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib, RİA Novosti xarici işlər naziri Uinston Petersin bəyanatına istinadən xəbər verir.
Yeni məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Vellinqton Şimali Koreya və İrandan Rusiyaya silah ötürülməsində iştirak etdiyi iddia edilən fiziki və hüquqi şəxsləri hədəfə alır. Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar həm də “ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsinə yardım edənlərə qarşı yönəlib”.
Yeni Zelandiya kəşfiyyatı hesab edir ki, Moskvaya qarşı iqtisadi sanksiyalar “ehtimal ki, onun yeni texnologiyalarının inkişafına mane olub və həyati vacib komponentləri əldə etmək üçün daha gizli üsullardan istifadəni təşviq edib”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
9
azadmedia.az

8Mənbələr